Heydər Əliyev Mərkəzindən "COVID19"un geniş yayıldığı ölkələrə növbəti dəstək VİDEO FOTO


Siyasət 04 Apr 2020 20:53:00 134 0

Heydər Əliyev Mərkəzindən "COVID19"un geniş yayıldığı ölkələrə növbəti dəstək  VİDEO  FOTO

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.