"Market, aptek, tibb işçiləri koronavirus testindən keçirilməlidir"


Digərləri 04 Apr 2020 20:25:00 121 0

"Market, aptek, tibb işçiləri koronavirus testindən keçirilməlidir"

"Təəssüf ki, koronavirusa yoluxma halları artır".

Son.az medicina.az-a istinadən bildirir ki, bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib.

" Gizli yoluxma və yoluxdurma hallarının daha tez aşkar edilməsi üçün bütün əhalinin evdən çıxmadan COVİD-19 testindən keçirilməsi. Buna çox maddiyyat tələb olunsa da yoluxandan sonra onların müalicəsinə sərf olunacaq maddiyyatdan daha az olacaq.

Bütün marketlərdə, apteklərdə və digər tibb müəssisələrində işləyən insanların COVİD-19 testindən keçirilməsi. Təəssüf ki, tez-tez marketlərdə, apteklərdə bu məsələyə ciddi yanaşmayan işçilərlə rastlaşırıq.