Maskalardan necə istifadə olunsun?


Digərləri 04 Apr 2020 20:20:00 129 0

Maskalardan necə istifadə olunsun?

Son günlər koronavirus təhlükəsi ilə bağlı olaraq tibbi maskalara təlabat ciddi şəkildə artıb. Eyni zamanda tibbi maskalardan istifadə, onların formaları, nə dərəcədə qoruyucu olması haqda çoxsaylı suallar səslənir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tibbi maskalarla bağlı bir çox suallara aydınlıq gətirən məlumat açıqlayıb.

Üz üçün tibbi maska - tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.    

Maskalar sahələrdə böyük populyarlıqla istifadə olunur:

• səhiyyə müəssisələrində;    • kosmetologiyada;    • stehsalatda;    • məişətdə.

Təkistifadəlik tibbi maska, təsnifat

Bu məhsula maraq daim artır və fərdi mühafizə vasitələrinin xarakteristikalarına, təyinatına, ölçülərinə və s. görə fərqlənən müxtəlif versiyalarına tələbat yaranır. Maska istehsalçıları, müxtəlif siniflərə və növlərə ayırmaqla öz məhsul çeşidlərini genişləndirmişlər. Tanış olmaq üçün mövcud təsnifatları nəzərinizə çatdırırıq:

Sterillik dərəcəsinə görə maskalar iki kateqoriyaya bölünür:

1. Steril təkistifadəlik maskalar, xüsusi tərzdə emal olunmuş və beləliklə də səthlərində heç bir mikroorqanizm olmayan maskalardır. Belə vasitələr "təmiz" sahələrdə - əməliyyat otaqlarında və laboratoriyalarda iş üçün nəzərdə tutulmuşdur. Sahə, dezinfeksiyaedici vasitələrlə və ultrabənövşəyi şüalarla işləndikdən sonra "təmiz" sayılır. Adi sahəyə düşdüyü andan etibarən steril maska qeyri-steril olur.  2. Qeyri-steril - məişətdə, tibb müəssisələrində, istehsalda və s. istifadə olunan bütün digər maskalardır. Bu, müxtəlif sferalarda istifadə olunan vasitələrin çoxsaylı alt növlərindən ibarət ümumi kateqoriyadır.

Maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur:

• yenidoğulmuşlar və 5 yaşa qədər uşaqlar üçün maska - ölçüləri 12 x 7 sm təşkil edir;    • 5 yaşdan 14 yaşadək pasiyentlər üçün uşaq maskası - ölçüləri 14 x 8 sm təşkil edir;    • böyüklər üçün maska - ölçüləri 17 x 9,5 sm təşkil edir.    Bu vasitələr, təyinatı üzrə aşağıdakı kateqoriyalara bölünür:    • cərrahi maskalar;    • prosedur maskaları;    • stomatoloji maskalar.