OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi


Digərləri 04 Apr 2020 19:59:00 159 0

OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu.

Bu gün isə "Reuters" agentliyi görüşün vaxtının dəyişdirilə biləcəyini yaymışdı. Bildirilmişdi ki, görüş aprelin 8-i və ya 9-u keçirilə bilər.