Gürcüstanda koronavirusdan sağalanların sayı 30-u keçib


Dünya 04 Apr 2020 19:43:47 121 0

Gürcüstanda koronavirusdan sağalanların sayı 30-u keçib

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha üç pasiyent sağalıb.

Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha üç pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 31 nəfərə çatıb.

Gürcüstanda bu günə qədər koronavirusa 157 nəfər yoluxub, onlardan biri ölüb.

Hazırda karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər var.