Azərbaycanda prokuror koronavirusa şeir yazdı:


Digərləri 04 Apr 2020 19:25:00 183 0

Azərbaycanda prokuror koronavirusa şeir yazdı:

Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Sabir Abdinov BakuPost-un redaksiyasına son yazdığı şeirləri göndərib. Onlar arasında koronavirusa həsr olunan, insanları evdə qalmağa səsləyən şeir də var.

Qeyd edək ki, Sabir Abdinov uzun illərdir ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğuldur, 6 kitabın müəllifidir. Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.

Sabir Abdiovun koronavirusa aid şeirini təqdim edirik:

HƏMRƏY OLAQ, EVDƏ QALAQ

Bu virusun adı tacdı, Qəfil gəldi, yaman acdı, Hər qapını tez də açdı, Həmrəy olaq, evdə qalaq.

Taclı virus gəlib Çindən, Dünya boyu biçindədi, Hamı təlaş içindədi, Həmrəy olaq, evdə qalaq.

Körpə, qadın, qoca bilməz, İnsanlığın adın bilməz, Bu dünyanın dadın bilməz, Həmrəy olaq, evdə qalaq.