Sinqapurda koronavirusa rekord sayda yoluxma qeydə alınıb


Dünya 04 Apr 2020 19:09:04 118 0

Sinqapurda koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Sinqapurda bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.

Sinqapurda bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Belə ki, ölkədə bir sutka ərzində 75 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxanların ümumi sayı isə 1 189 nəfərdir.

Ölkədə 297 nəfər xəstəlikdən sağalsa da 6 nəfərin həyatını xilas etmək mümkün olmayıb.