Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb


Dünya 04 Apr 2020 18:57:00 151 0

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb

Böyük Britaniyada sutka ərzində koronavirusdan ölən xəstələrin sayı 708 nəfər artaraq 4313 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, eyni dövrdə təsdiqlənmiş yoluxma hallarının sayı təxminən 3,7 min artaraq 43 903-ə çatdı:

"Aprelin 4-nə saat 09: 00-a ola vəziyyətə görə, Birləşmiş Krallıqda 183 190 nəfər insan [koronavirus üçün] analiz verib, 41 903 halda test nəticələri müsbət çıxıb. Aprelin 3-nə saat 17:00-a olan vəziyyətə görə, Böyük Britaniyada koronavirus ilə xəstəxanaya yerləşdirilənlərdən 4303-ü təəssüf ki vəfat edib".