Ukraynada koronovirus: 1096 nəfər yoluxub, 28 nəfər ölüb


Dünya 04 Apr 2020 18:12:00 120 0

Ukraynada koronovirus: 1096 nəfər yoluxub, 28 nəfər ölüb

Ukraynada koronavirusa yoluxanların sayı 1096 nəfərə çatıb ki, bunlardan da 78-i uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insandır. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 28 nəfərə çatıb, onlardan 9-u kişi, 19-u isə qadındır. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. Ukraynada 23 nəfər koronavirusdan tam müalicə alaraq evlərinə qayıdıb.