"Boşanmaların sayı azı iki dəfə artacaq"


Digərləri 04 Apr 2020 18:05:00 131 0

"Boşanmaların sayı azı iki dəfə artacaq"

"İstəsək də, istəməsək də boşanmaların sayı azı iki dəfə artacaq".

Son.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu koronavirusa görə dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi səbəbindən günü-gündən artan boşanmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məcburiyyətdən bütün vaxtlarını birlikdə keçirən cütlüklər arasındakı problemlər boşanmalara qədər gətirib çıxarır:

"İnsan özünü maksimum dərəcədə fərdi izolyasiya etməlidir ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, artıq bu, baş verəcək və cütlüklər bir-birlərindən bezməyə başlayacaqlar".

Psixoloq bunun qarşısını almaq üçün çıxış yolunu da göstərib:

"Hər gün işə gedirmiş kimi eyni saatda oyanmaq və vaxtında qidalanmaq lazımdır. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla gündəlik məşğuliyyətini təmin etmiş olar.