ÜSTün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı


Dünya 04 Apr 2020 17:46:00 155 0

ÜSTün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı

"Geniş sürətlə yayılan koronavirus sağlam həyat tərzi keçirən cavanlar üçün təhlükəli olmağa başlayıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, hazırda gənc yaşda insanlar arasında xəstəliyin artdığı müşahidə olunur:

"Bilirik ki, xəstələnənlər arasında idmançılar və sağlam həyat tərzi keçirənlər var. Virus mutasiyaya uğramayıb, sadəcə onun yayılması o dərəcədə genişlənib ki, hər kəs virusa qarşı həssaslaşıb".

M.Harris əlavə edib ki, koronavirusa yoluxan gənclərdə ciddi simptomlar aşkar olunur və xəstəlik ağır keçir: