Əvvəlcədən xəbərdarlıq edilir: “Boğulub ölə bilərsiz”


Digərləri 04 Apr 2020 16:30:00 113 0

Əvvəlcədən xəbərdarlıq edilir: “Boğulub ölə bilərsiz”

Katakomba Fransanın paytaxtı Parisdə yerləşən və bir çox insanın getməyə cəsarət etmədiyi bir məkandır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, yüz minlərlə insan kəlləsinə ev sahibliyi edən Katakomba əslində bir mədəndir.

Katakomba Parisin ən məşhur memarlıq abidələri üçün istifadə olunan əhəng daşının çıxarılması ilə ortaya çıxıb.

Əsrlərlə mədən olan bu məkan Parisdə yoluxucu xəstəliklərin artdığı XVIII əsrdə yeraltı məzarlığa çevrilib. Həmin dövrün insanları açıq havalardakı məzarlıqları yoluxucu xəstəliklərin mənbəyi kimi qəbul edirdi. Buna görə də Parisdəki bütün məzarlıqlar bu yeraltı mədənə köçürüldü. İlk olaraq, bu gün Forum des Hollzun yaxınlığında yerləşən "Məsumlar məzarlığı"ndakı sümüklər və kəllələr Katakombaya daşınıb. Daha sonra digərləri...

Başqa sözlə, Katakomba qədim bir mədənin muzeyə çevrilməsi ilə ortaya çıxıb. Burada nəfər almaq çətindir, oksigen çatışmazlığı var. Yer altında iki kilometrlik bir yürüş ippodromu var. Muzey rəhbərliyi qapalı məkanlara fobiyası olanlara ziyarətdən əvvəl xəbərdarlıq edir.