Niderlandda koronavirusa yoluxanların sayı artdı


Dünya 04 Apr 2020 16:32:11 114 0

Niderlandda koronavirusa yoluxanların sayı artdı

Niderlandda koronavirusdan ölənlərin sayı 1 600-ü ötüb

Niderlandda daha 164 nəfər koronavirusdan ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 1 651-ə yüksəlib.

Bundan başqa, yoluxanların sayı da 6% artaraq 16 627-yə çatıb.

Qurum açıqlamasında ölüm və yoluxmaların faktiki sayının rəsmi rəqəmlərdən çox olduğunu, buna səbəb olaraq isə test resurslarının məhdud olduğunu vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 133 000-i ötüb. Bunların 236 000 nəfəri sağalıb, 60 381 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.