Bioloji silahlar barədə maraqlı faktlar


Digərləri 04 Apr 2020 15:18:00 156 0

Bioloji silahlar barədə maraqlı faktlar

Çinin Hubey əytalətində yeni koronavirus peyda olub dünyanı cənginə alandan sonra çoxlu sayda konspiroloji nəzəriyyələr yayıldı. Bir çoxları Çinə bioloji silah tətbiq edildiyini dilə gətirdi. ABŞ Dövlət departementi bəyanat yaydı ki, Rusiya qəsdən koronavirusun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməliyyatı olması barədə məlumatlar yayır.

Son.az Bizimyol.info-ya istinadən bildirir ki, XX əsrdə, xüsusən soyuq müharibə dövründə dünyada bioloji silahların hazırlanması istiqamətində fəal iş aprılıb. Lakin 1925-ci ildə imzalanmış Cenevrə Konvensiyasına əsasən, kütləvi qırğın silahların tətbiqi qadağan edilib, 1975-ci ildə isə bioloji silahların tətbiqinin qadağasına qair qanun qüvvəyə minib. Bioloji silah hazırlayan iki əsas ölkənin - ABŞ və SSRİ-nin alimləri anlayırdılar ki, bioloji silahın tətbiqi gözlənilməz nəticələr verə bilər və elə öz ölkəsinin vətəndaşlarını da məhv edə bilər. Lakin araşdırmalar və aktiv şəkildə bioelementlərin hazırlanması müxtəlif məxfi laboratoriyalarda davam etdirildi.

Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.

Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.

Bakterioloji silah - kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.

Bakteriyalar - bir hüceyrəli orqanizmlərdir. Ölçüləri 03-0/5 mkm-dən 8- 10 mkm-ə qədərdir. 1 ml mayedə 550 milyard bakteriya ola bilər. Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.

Viruslar - mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200- dən artıq xəstəliyın səbəbi ola bilir.

Rikketsiyalar - mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur.Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku- qızdırması kimi xəstəliklərin törədicisidir. Göbələklər - çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir.

Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəlikləri törədir.

Bioloji və bakterioloji silahlar müxtəlif şəkildə ola bilər.Onlar müxtəlif döyüş sursatlarının tərkibində və ayrılıqda istifadə oluna bilər.Onları düşmənin ərazisinə müxtəlif konteyenerlərdə və ya təxribat qruplarının vasitəsilə atmaq olar. Hazırkı dünyada bunu etmək üçün heyvanlardan, geyim və qida məhsullarından, sudan istifadə edirlər. Əhalinin konkret genetik elementlərini məhv etmək üçün bioloji vasitə olaraq sürünən və böcəklərdən istifadə etmək də mümkündür.

"Bioloji silahın ən qorxunc tərəfi onun dərhal deyil, inkibasiya dövrü bitdikdən sonra üzə çıxmasıdır. Bioloji silah vasitəsi ilə əhali arasına salınmış xəstəlik heyvanlar, bitkilər , hava, su damcı yolu ilə yayılması ilə təhlükəli hal alır və aylarla davam edə bilir.