Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub


Siyasət 04 Apr 2020 14:46:19 237 0

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub

Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub.

Prezident İl­ham Əliyevin tapşırığına əsasən, Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, DSX rəisiRusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər veril­ib.

Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.