Rusiyada yaşayış binasında partlayış baş verdi, ölənlər var


Dünya 04 Apr 2020 15:01:14 129 0

Rusiyada yaşayış binasında partlayış baş verdi, ölənlər var

Hadisə binanın bir hissəsinin, demək olar, çökməsinə səbəb olub

Rusiyanın Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində beşmərtəbəli köhnə tikili yaşayış binasında partlayış baş verib.

“Report” “Interfax”a istinadən xəbər verir ki, hadisə binanın bir hissəsinin, demək olar,çökməsinə səbəb olub.

Məlumatda partlayış qaz sızmasından baş verdiyi vəölənlərin olduğu bildirilir.

Eyni zamanda binanın girişinintamamilə dağıldığı vurğulanıb.