Qazaxıstanda koronavirusdan ölənlərin sayı artdı
Dünya 04 Apr 2020 15:06:30 123 0
Qazaxıstanda qeydə alınmış koronaivrus hallarının sayı 500-ü ötüb
Qazaxıstanda koronavirusdan ölənlərin sayı 5-ə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, qeydə alınmış COVID-19 daşıyıcılarının sayı isə 525-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 131 000-i ötüb. Bunların 235 902 nəfəri sağalıb, 60 166 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə: report.az