Ramil Həsən: "Hər evdən çıxma, hər bir kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir"


Digərləri 04 Apr 2020 14:12:00 146 0

Ramil Həsən: "Hər evdən çıxma, hər bir kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir"

Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti Prezident İlham Əliyevin xüsusi göstərişləri, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müvafiq addımlar atır. Nazirlər Kabineti tərəfindən aprelin 3-də qəbul olunan qərar da məhz bu məqsədə xidmət edir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, bütün vətəndaşların bu qərara əməl etməsi mütləq şərtdir.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər:

"Hazırda mütəxəssislər həyəcan təbili çalırlar. Çünki bu virus sürətlə yayılma mərhələsindədir. Bu da ölkəmiz və vətəndaşlarımız üçün real təhlükə deməkdir. Xəstəliyə yoluxanların sayı artır və nəticədə həyatını itirənlər də çoxalır. Bunun qarşısını almaq üçün isə vətəndaşlar hökumətin, Operativ Qərargahın qəbul etdiyi qərarlara ciddi şəkildə əməl etməlidirlər. İnsanlar karantin rejimində evlərindən çıxmamalıdır".