Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib


Siyasət 04 Apr 2020 14:21:00 129 0

Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib

Milli Məclisin aprelin 7-də keçirilməsi planlaşdırılan plenar iclasının vaxtı dəyişdirilib.

Bu barədə Son.az-a Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın vaxtı aprelin 7-dən 9-na keçirilib. İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb. Yəni heç bir əlavə və ya ixtisarıar edilməyib.