Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan...


Dünya 04 Apr 2020 14:24:00 110 0

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan...

Yeni tip koronavirusun (Kovid-19) insan beyninə zərər vurduğu aşkarlanıb.

Son.az xəbər verir ki, bu barədə ABŞ nevroloqları açıqlama yayıb.

"New York Times" qəzetinə danışan mütəxəssislər bildirib ki, ölkədəki koronavirus xəstələrinin bəzilərində beyinlərin ciddi zədələndiyi aşkarlanıb. Bu xəstələrdə infeksiyaya yoluxduqdan sonra danışıq qabiliyyətində qüsur və ya reaksiya verilməsinin azalması müşahidə edilir. Hətta 74 yaşlı bir xəstə koronavirusa yoluxduqdan sonra danışıq qabiliyyətini itirib və onun beyni travma keçirdikdən sonra anormal şişlər və hüceyrə ölümləri təsbit olunub.

Nevroloq Elissa Fori 50 yaşlı koronavirus xəstəsində də bənzər simptomları müşahidə etdiklərini və bəzən beyində zədə aşkarladıqlarını açıqlayıb.

Xəbərdə dünyanın müxtəlif yerlərindən belə məlumatla gəldiyi, bəzi xəstələrin qıcolma, qanda laxtalanma keçirdiyi bildirilib.