Korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr


Kriminal 04 Apr 2020 14:27:00 135 0

Korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr

Beynəlxalq Muğam Mərkəzi muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edir. 

Mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz "Facebook" və "Instagram" səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında  məruzələri  növbəli şəkildə saat 16:00-da BMM-nin layihə koordinatoru Gülhüseyn Kazımlı sizlərə təqdim edir.

Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından bol məlumatlar da yaxın günlərdə izləyicilərə təqdim olunacaq. 

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.