Gülnarə Xəlilova unikal maskalar hazırlayıb


Digərləri 04 Apr 2020 14:28:00 136 0

Gülnarə Xəlilova unikal maskalar hazırlayıb

Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri, "Tərəqqi" dövlət mükafatının sahibi Gülnarə Xəlilova xüsusi pambıq parçadan  uzunmüddətli istifadə yararlı unikal maskalar hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, maskalar #evdəqal kampaniyası çərçivəsində və "Evdə qal və yarat" şüarı ilə hazırlanıb.

G.Xəlilova bildirib: "Hər bir yaradıcı insan koronavirusla mübarəzəyə öz töhfəsini verə bilər. Mən uzunmüddətli istifadə üçün xüsusi pambıq parçadan maskalar düzəltmək qərarına gəldim. Bu maskaları istifadədən, müvafiq yuyulmadan və dezinfeksiyadan sonra dəfələrlə istifadə etmək mümkündür, onlar öz keyfiyyətlərini və qoruyucu funksiyasını itirmirlər. Təqribən min ədəd maskanın hazırlanması planlaşdırılıb. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə "Sevməli" sosial aksiyası çərçivəsində maskaların bir qismini ehtiyacı olan insanlara payladıq".

Dizayner, həmçinin ölkədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün hamını evdə qalmağa, hökumət və ÜST-ün tövsiyələrinə əməl etməyə çağırdı.