Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər


Siyasət 04 Apr 2020 14:22:06 188 0

Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunan razılı­ğa əsasən və Azərbaycan Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu,

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunan razılı­ğa əsasən və Azərbaycan Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

Dövlət Sərhəd Xidmətindən "Report"a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib.

Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilib, onlar Azərbay­canda elan olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılan mərkəz­lərdə müəyyən olunan müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Bildirilib ki,Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiyadan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­ən işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılan yerlərə və yaradılan şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­an nəqliyyat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilib, Prezidentİl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­rilib, xahiş və müraciətləri dinlə­nilib.

Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Ru­­­siya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılan şəraitə görə Prezi­dent İlham Əliyevə və Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək