Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB


Dünya 04 Apr 2020 13:55:00 124 0

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB

Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.

“Report”un yerli bürosu xəbər verir ki, o, Bolnisirayonunun Kəpənəkçi kənd sakini olub.

*** 13:37

Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Pasiyentin Marneulidən olduğu bildirilir.

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.