Banklar Assosiasiyası online təlim keçirəcək


İqtisadiyyat 04 Apr 2020 13:44:09 150 0

Banklar Assosiasiyası online təlim keçirəcək

​Banklar Asosiyasiyası “Böhran şəraitində biznesin idarə edilməsi” üzrə online təlim keçirəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu “ABTC” kiçik və orta biznes subyektlərinin və iri şirkətlərin sahibləri və menecerlərinə “Böhran Şəraitində Biznesin İdarə Edilməsi” mövzusunda ONLİNE təlim keçirəcək.

Bu barədə “Report”a ABA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, təlim ödənişsiz təqdim olunur. Təlim canlı olaraq “Skype” platforması üzərindən keçiriləcək.

Təlimi ABTC-nin ekspert təlimçisi Aydın Hüseynov aparacaq.

Təlim aprelin 7-də saat 12.00 – da “Skype” platformasında “ABTC online trainings” istifadəçi adı ilə canlı tədris olunacaq.

Qeyd edək ki, “Skype” üzərindən qoşulma sayının məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçmək təklif olunur.

Təlimə qoşulmaq üçün link: https://join.skype.com/gBCOFCGiTNDC