158 mindən çox insanın evdən çıxma icazəsi təsdiqlənib


Digərləri 04 Apr 2020 13:34:00 157 0

158 mindən çox insanın evdən çıxma icazəsi təsdiqlənib

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün "icaze.e-gov.az" portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb.

Son.az bakupost-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sistemin fəaliyyətə başladığı ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib.

"Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin ilk günü arxada qaldı. Proses bu gün (dünən-red), 3 aprel saat 10:00-da başladı.