Bakıda qoca kişi özünü 9cu mərtəbədən atıb


Digərləri 04 Apr 2020 13:24:00 120 0

Bakıda qoca kişi özünü 9cu mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.

Son.az mediapost-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Təxmininən 65-70 yaşlarında, kimliyi məlum olmayan yaşlı kişi rayonun Yeni Yasamal qəsəbəsinin 29-cu Polis Bölməsi yaxınlığında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda şəxsin kimliyinin müəyyən edilməsi və intihar səbəbələrinin ətrafında araşdırma aparılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb.