İranda 106 yaşlı kişi koronavirusdan sağalıb


Dünya 04 Apr 2020 13:19:00 141 0

İranda 106 yaşlı kişi koronavirusdan sağalıb

İranın Qum vilayətində Fərqani xəstəxanasında 106 yaşlı kişi yeni koronavirusdan (COVID 19) sağalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Qum Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, xəstə 14 gündən sonra sağalaraq evə buraxılıb.

Qum vilayətində Fərqani xəstəxanası koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanalardan biridir. İndiyədək bu xəstəxanada yaşı 80-dən yuxarı olan bir neçə xəstə sağalaraq evə buraxılıb.