Baş infeksionist xəbərdarlıq etdi: Dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq


Digərləri 04 Apr 2020 12:59:00 120 0

Baş infeksionist xəbərdarlıq etdi: Dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq

"Koronavirusla əlaqədar insanlar məsuliyyətsiz davranıb, karantin qaydalarına əməl etməsələr, böyük itkilərin olacağı qaçılmazdır. Virusun yayılmasının qarşısının alınması üçün dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

O, hazırkı şəraitdə qadağalara əməl edilməsinin olduqca mühüm olduğunu vurğulayıb:

"İnsanlar gərək çölə çıxmayıb qadağalara əməl etsinlər. Əks təqdirdə xəstəxanalarda xəstələri yerləşdirmək üçün yer olmayacaq".

C.İsayev əlavə edib ki, virusun yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazım olan bütün işlər görülür, çox sərt tədbirlər mexanizmi hazırlanıb:

"Amma koronavirusun hava-damcı yolu ilə yayılması nəzərə alınarsa, qadağalara əməl edilməməsi onun yayılma arealının daha da genişlənməsinə səbəb olacaq".

Baş infeksionist qeyd edib ki, insanların qoruyucu vasitələrdən istifadə etməsi, gigiyena qaydalarına əməl etməsi vacib olsa da, hazırda insanların evdə qalması, küçəyə çıxmaması epidemiyanın qarşısının alınması üçün ən münasib yoldur: