Rusiyada son sutkada 600-ə yaxın insanda koronavirus aşkarlandı


Dünya 04 Apr 2020 12:32:38 130 0

Rusiyada son sutkada 600-ə yaxın insanda koronavirus aşkarlandı

Rusiyada son 1 gündə daha 582 nəfərdə koronavirus qeydə alınıb

Rusiyada son bir gündə daha 582 nəfərdə koronavirus qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 daşıyıcılarının sayı 4 731-ə yüksəlib.

Məlumata görə, koronavirus qurbanlarının sayı daha 9 nəfər artaraq 43-ə çatıb.

Bundan başqa, Rusiyada virusdan sağalanaların sayında da artım müşahidə edilib. Belə ki, son sutkada ölkə ərazisində 52 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Beləliklə, Rusiyada koronavirusdan sağalanların sayı 333 nəfərə çatıb.

Bildirilib ki, pandemiya ölkənin 78 bölgəsini əhatə edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 119 000-i ötüb. Bunların 229 338 nəfəri sağalıb, 59 245 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.