Uhanda koronavirusun ikinci dalğası başlaya bilər


Dünya 04 Apr 2020 12:19:00 120 0

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər

Çinin Uhan şəhərində koronavirusdan 4 yeni ölüm faktının qeydə alınıb.

Son.az xəbər verir ki, buna görə şəhərə giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.

Bildirilir ki, hökumət şəhərdə ikinci epidemiya dalğasının yayılmasından ehtiyat edir. Hazırda şəhərdə 1 727 nəfər müalicə alır. Lakin Çin hökuməti virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizlədir.

Xatırladaq ki, koronavirus pandemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.