Mərkəzi Bank 200 milyon manat cəlb edəcək


Digərləri 04 Apr 2020 11:49:00 101 0

Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

Aprelin 6-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Son.az-a verilən məlumata görə, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.