Almaniya üçün nəzərdə tutulan tibbi maska səhvən ABŞ-a göndərilib


Dünya 04 Apr 2020 11:39:30 146 0

Almaniya üçün nəzərdə tutulan tibbi maska səhvən ABŞ-a göndərilib

Almaniya KIV: Almaniyanın sifarişi ilə Çində hazırlanan maskalara ABŞ "əl qoyub"

Almaniya polisi üçün Çində sifariş olunan200 min respirator maskayaBanqkokda “əl qoyularaq” ABŞ-a göndərilib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” qəzeti yazıb.

“Bunu müasir piratlıq aktı hesab edirik. Trans-Atlantik tərəfdaşlarla belə iş qurmazlar. Heç olmasa, pandemiya dövründə “Vəhşi Qərb metodları” işləməsin”, - Berlinin daxili işlər üzrə senatoru Andreas Qeyzel deyib.

Nəşr yazır ki, Berlinin sifariş etdiyi tibbi maskalar Çində fəaliyyət göstərən ABŞ şirkətinin fabrikində hazırlanıb. Malların Banqkok hava limanında yenidən yüklənərək Almaniyaya hava yolu ilə çatdırılacağı ehtimal olunsa da, ABŞ onlara “əl qoyub”. Qəzet ABŞ Prezidenti Donald Trampın son günlərdə dəfələrlə ölkədə maska qıtlığı yaşandığını da materiala əlavə edib.

Ancaq Ağ Ev tibbi maskaların qanunsuz müsadirə edilməsi ilə bağlı iddiaları rədd edib.