Moldovada koronavirusdan ölənlərin sayı artdı


Dünya 04 Apr 2020 11:20:43 116 0

Moldovada koronavirusdan ölənlərin sayı artdı

Postsovet məkanında koronavirusdan ölənlərin sayı artır

Moldovada koronavirus qurbanlarının sayı 9-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Viorika Dumbrevyanudeyib.

“Təəssüf ki, 79 yaşında kişi ölüb, O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi və xronik xəstəlikdən əziyyət çəkirdi”, - nazir bildirib.

Qeyd edək ki, rəsmi məlumata görə, Moldovada qeydə alınmış koronavirus hallarının sayı 591-dir.

Ölkədə martın 17-dən başlayaraq 60 günlük fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 244 nəfəri sağalıb, 59 220 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.