Avropa Çinin köməyindən asılıdır


Dünya 04 Apr 2020 11:29:00 111 0

Avropa Çinin köməyindən asılıdır

Fransanın "Milli Birlik" hərəkatının (keçmiş "Milli Cəbhə" Partiyası) lideri Marin Le Pen Avropa İttifaqının koronavirus infeksiyası ilə mübarizədə Çinin köməyindən asılı olduğunu açıqlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında bildirib.

"Avropada heç bir şey yoxdur. Hazırda Avropa böyük subyektlərdən tamamilə asılıdır... Çindən tamamilə asılıdır... Bu böhan Avropa İttifaqının dəhşətli dərəcədə zəifliyini göstərdi", - deyə Le Pen bildirib.

Bundan əvvəl Çin koronavirus infeksiyası COVID-19-la mübarizə üçün Pakistana humanitar yardım olaraq 5,4 ton tibbi ləvazimat göndərmişdi.