Azərbaycan banklarına manatla qoyulan depozitlərin həcmi artıb


İqtisadiyyat 04 Apr 2020 11:12:27 141 0

Azərbaycan banklarına manatla qoyulan depozitlərin həcmi artıb

​Azərbaycan banklarına manatla qoyulan depozitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% artıb

© Report

Azərbaycan banklarına manatla qoyulan depozitlər bu il martın 1-nə 8 707,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,5% çoxdur.

Bu, ilin əvvəli ilə müqayisədə 0,2% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,5% artıb.

Hesabat dövründə banklara xarici valyutada qoyulan depozitlərin həcmi 10 316,8 milyon manat təşkil edib.

Bu da, aylıq müqayisədə 2,5%, ilin əvvəlinə görə 2,9% az, illik müqayisədə isə 1,6% çoxdur.