"Canlı ünsiyyəti məhdudlaşdırmışam"


Şou-biznes 04 Apr 2020 11:19:00 158 0

"Canlı ünsiyyəti məhdudlaşdırmışam"

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram".

Son.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

O, insanları tədbirli olmağa çağırıb:

"Hamıya tövsiyə edirəm ki, özlərini qorusunlar, evlərində qalsınlar. Və hər kəs öz işi ilə onlayn vasitəsilə məşğul ola bilər. O qədər yığılıb qalan işlərim var ki, evdə qala bilmirdim. İndi bundan istifadə edib, yazdığım kitabları redaktə edirəm.

Tələbələrimlə onlayn ünsiyyətdə oluram. Azərbaycan xalqı dözümlüdür və mərddir. İnanıram ki, bu çətin günlərdə bir-birinə dayaq olacaqlar. Bu virusa qalib gəlmək məqsədimizə nail olacağıq.