“Survivior”da uduzanlar Türkiyəyə qayıda bilmir


Digərləri 04 Apr 2020 10:54:00 120 0

“Survivior”da uduzanlar Türkiyəyə qayıda bilmir

TV 8-də yayımlanan məşhur "Survivior" yarışmasından çıxan iştirakçılar Türkiyəyə qayıda bilmir. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısını almaq məqdəsi ilə Dominikan Respublikasının ölkəyə giriş-çıxışı bağlamasıdır. 

"Könüllülər" qrupunda mübarizə apararkən uduzan Ceyhun Uzun, Burak Yurdugör və zədə alaraq verilişdən uzaqlaşdırılan Meryem Kasap hələ də adadadır. 

Dominikanda olan "Survivor Panorama"nın aparıcısı Hakan Hatipoğlu isə sərhədlərin bağlanmamasından bir neçə gün əvvəl Türkiyəyə qayıdıb.  O, İstanbulda 14 gün karantində qaldıqdan sonra tamaşaçı qarşısına çıxıb.