Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar Baş epidemioloq


Digərləri 04 Apr 2020 11:07:00 115 0

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar  Baş epidemioloq

"Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür.

İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal koronovirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasındadır və bu tədbirlər bu gün bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir:

"Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib. Amma bəzi insanlar dövlətin qoyduğu qadağalara əməl etmək istəmirlər. Başa düşmürlər ki, bununla öz sağlamlıqlarını təhlükəyə atırlar. Axı, küçəyə çıxıb virusa yoluxmağa nə lüzum var?! Mən insanlara demək istəyirəm ki, bu pandemiyanın mahiyyətini dərk edin və karantin rejiminin tələblərinə əməl edin. İndi nə tədbirlər həyata keçirilirsə, bunların hamısı sizin sağlamlığınız üçün edilir. Epidemiya sizdən heç nə soruşmur, o, harada oldu, sizi yoluxdura bilər. Hazırkı şəraitdə ən gözəl tədbir evləri tərk etməmək, evdə qalmaqdır. Mən bir epidemioloq kimi insanlardan xahiş edirəm ki, heç kim evini tərk etməsin".

İ.Ağayev əlavə edib ki, evdən kənara çıxan insanlar evə qayıtdıqda ilk olaraq, əllərini təmiz yumalıdırlar: