Azərbaycanın regionlarında bank kreditləşməsi artıb


Digərləri 04 Apr 2020 10:17:00 136 0

Azərbaycanın regionlarında bank kreditləşməsi artıb

2020-ci il martın 1-dək Bakıda və regionlarda bank kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz çox olub.

Son.az xəbər verir ki, Trend bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, martın 1-dək Bakıda 12,3 milyard manat kredit verilib. Bu, regionlarla müqayisədə 4 dəfə çoxdur. Paytaxtda verilən kreditlərin 46 faizi, yəni 7 milyard manatı milli valyutanın payına düşüb.

Martın 1-dək Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi 11 faiz, Bakıda 9,15 faiz təşkil edib.

Azərbaycanda regionlar üzrə kreditlərin paylanması (1 mart 2020-ci il):

 

Kreditləşmənin həcmi (min manat)

Orta faiz dərəcəsi (%)

Ümumi kredit həcmində payı

Azərbaycan

15 299 104

11,02

100

Bakı

12 304 664

9,14

80,4

İqtisadi rayonlar, o cümlədən:

2 944 440

17,09

19,6

Abşeron

545 693

15,89

3,6

Aran

775 677

21,19

5,1

Dağlıq Şirvan

73 685

21,20

0,5