Məşhur müğənni koronavirusa yoluxub


Dünya 04 Apr 2020 09:54:00 110 0

Məşhur müğənni koronavirusa yoluxub

Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə müğənni öz "Twitter" səhifəsində yazıb.

Pink iki həftə əvvəl 3 yaşlı oğlu ilə birgə COVID-19 simptomlarını hiss etdiyini deyib.

Onların hər ikisinin koronavirus testi müsbət nəticə verib. Müğənni oğlu ilə birgə iki həftə müddətində karantində olub.