Agentlik əməkdaşları maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər

Sosial 04 Apr 2020 09:42:40 136 0

Agentlik əməkdaşları maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında ölkədə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb.

"Report" xəbər verir ki,ANAMA-nın direktoru Qəzənfər Əhmədov və agentliyin işçi heyətinin bir aylıq əmək haqqı olmaqla ümumilikdə 50 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.

Yardımın edilməsində məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz dəstəyini göstərməkdir.