Niyaməddin Paşayev: Biz hər birimiz həmrəy olmalı, qanunlara riayət etməliyik


Digərləri 04 Apr 2020 09:24:00 162 0

Niyaməddin Paşayev: Biz hər birimiz həmrəy olmalı, qanunlara riayət etməliyik

"Bütün dünya koronavirusdan əziyyət çəkir və bu bir bəlaya çevrilib".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında dünya çempionu Niyaməddin Paşayev deyib.

İdman ustası Azərbaycan vətəndaşlarını bu bəladan qorunmaq üçün evdə oturmağa çağırıb:

"Hər birimizə məlumdur ki, bütün dünya koronavirusla əlaqədar itkilər verir. Bizim ölkədə də bu virus sürətlə yayılmağa davam edir. Hər gün demək olar ki, virusa yoluxanların sayı artır, hətta ölənlər var. Bunun qarşısını almaq üçün biz hər birimiz həmrəy olmalı, qayda-qanunlara riayət etməliyik. Dövlətimiz koronavirusla bağlı ciddi qabaqlayıcı tədbirlər görüb. Biz də hər birimiz bir vətəndaş kimi xüsusi karantin qaydalarına əməl etməliyik.

Əzizlərimizi, yaxınlarımızı, dostlarımızı qorumaq üçün onları bu qaydalara riayət etməyə çağırmalıyıq. Əgər qaydaları gözləməsək, öz həyatımızı təhlükəyə atar dünyanın böyük ölkələri kimi bu xəstəliyin yayılması qarşısında aciz qalarıq. Biz bir-birimizə dəstək olmalı, evdə qalmalı, sağlam olmalıyıq. Əziz dostlar, bacı və qardaşlar, xahiş edirəm özünüzü düşünmürsünüzsə, valideynlərinizi düşünün. Evdə qalaq, sağlam olaq".