Koronavirusa yoluxmuş şəxs polisə qılıncla hücum etdi


Dünya 04 Apr 2020 09:14:00 101 0

Koronavirusa yoluxmuş şəxs polisə qılıncla hücum etdi

İspaniyanın Milli Polisi Madriddə iki qılıncla silahlanaraq polislərə hücum etməyə çalışan şəhər sakinini saxlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun "Twitter" səhifəsində məlumat verilib.

Qurumun sosial şəbəkədə paylaşdığı videoyazıdan görünür ki, qurşağa qədər çılpaq olan kişi əlində qılıncları yelləyərək küçədə gəzir. Hadisə yerinə polis cəlb olunub. Lakin kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədələməyə başlayıb və polis avtomobilinin şüşələrini sındırıb. Polis havaya atəş açmalı olub.

Məlumata əsasən, kişi COVID-19-a yoluxmuş olduğunu bildirib.