“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək


Digərləri 04 Apr 2020 08:51:00 140 0

“Microsoft” bütün brauzerləri qıcıqlandıran problemi həll edəcək

"Microsoft" korporasiyası "Chrome", "Opera" və "Firefox"a alternativ kimi təqdim edilən "Edge" brauzerini təkmilləşdirməyə davam edir. Brauzerin yeni versiyasına yarlıkların qeyri-standart yerləşdirilməsi funksiyası əlavə edilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un rəsmi bloqunda şaquli yarlıkların funksiyası təsvir edilib. Şirkət yeni həllini yarlıkların ənənəvi üfüqi sxeminə əvəzetmə kimi təklif edir. Belə ki, istifadəçi daha çox səhifə açdıqca başlıqların sıxılması səbəbindən lazımi səhifəni tapmaq çətinləşir.

"Edge" brauzerinin tərtibatçıları yarlıkları yan paneldə yerləşdiriblər, kursora reaksiya kimi fırlanan yarlıkları ekranın istənilən yerinə daşımaq mümkündür. "Microsoft"un nümayəndələri əmin ediblər ki, yeni funksiya yaxın aylar ərzində "Edge"nin istifadəçiləri üçün əlçatan olacaq.