Maskaların bu hissəsində virus daha çox yaşayır


Dünya 04 Apr 2020 09:04:00 148 0

Maskaların bu hissəsində virus daha çox yaşayır

Koronavirus təhlükəsindən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilir. Bunlardan biri də "nano texnoloji maska" adı ilə istehsal edilən qara maskalardır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə maskaların yuyulma və ya mikrodalğalı sobada sterilizə oluna bilinməsi haqda müxtəlif fərziyyələr dolaşır. Ancaq bu fərziyyələrin heç biri öz elmi təsdiqini tapmayıb.

Türkiyənin İstanbul Ticarət Palatasının rəhbər köməkçisi Veysi Cengiz Balçık maskalar və plastmas qoruyucularla bağlı "Haberler"ə açıqlamalar verib.

Onun sözlərinə görə, "nano texnoloji" maskalarla bağlı hazırda heç bir elmi sübut yoxdur və onların yuyularaq və ya qızdırılaraq virusdan təmizlənməsi ilə bağlı deyilənlər yanlışdır. Maskalardakı vacib nüans filtrasiya prosesinin olmasıdır.