Fransada epidemiyanın pik dövrü hələ qabaqdadır


Dünya 04 Apr 2020 09:09:00 114 0

Fransada epidemiyanın pik dövrü hələ qabaqdadır

Qaranlıq tunelin sonunda işıq görürük. Mövcud hesablama metoduna görə, Böyük Şərqdə COVID-19 epidemiyasının pik dövrü aprelin 10-dan 25-dək davam edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Fransanın Böyük Şərq Regional Səhiyyə Agentliyinin (ARS) direktoru Kristof Lannelonq (Christophe Lannelongue) mətbuata açıqlamasında bildirib.

Xatırladaq ki, ölkənin Böyük Şərq regionu bu günə qədər koronavirus epidemiyasının episentri hesab olunur. Bu bölgədən sonra epidemiyanın geniş yayıldığı ikinci bölgə Paris və onun ətrafı hesab olunan İl-dö-Fransdır. (İle-de-France).

Keçmiş Elzas, Şampany-Arden, Lorren regionları 2015-ci ildə birləşdirilərək Böyük Şərq regionu adlandırılıb. Strasburq, Reyms, Müluz, Metz regionun böyük şəhərləridir. Regionda 5 milyon 559 mindən çox əhali yaşayır.