Litvada da koronavirusa yoluxanların sayı artır


Dünya 04 Apr 2020 08:58:00 131 0

Litvada da koronavirusa yoluxanların sayı artır

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfər artaraq 696-ya çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 18 min 432 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 2809 nəfərdən 47-nin analizinin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 9 nəfər ölüb.