Selena Gomez bipolyar pozuntudan əziyyət çəkdiyini etiraf edib


Dünya 04 Apr 2020 08:42:00 114 0

Selena Gomez bipolyar pozuntudan əziyyət çəkdiyini etiraf edib

Amerikalı aktrisa və müğənni Selena Gomez "İnstagram" səhifəsində bipolyar pozuntudan əziyyət çəkdiyi barədə bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə canlı yayımda deyib.

S.Gomez bildirib ki, diaqnozu barədə psixiatriya xəstəxanasında müayinə edildikdən sonra xəbərdar olub.

Müğənninin sözlərinə görə, bipolyar pozuntu haqqında ətraflı məlumatlar öyrəndiyi üçün diaqnozu ona qorxulu gəlmir. S.Gomez işini yenə uğurla davam edəcəyinə və daha yüksək zirvələri ram edəcəyinə əmindir.