Son sutkada dünyada 76 min nəfər koronavirusa yoluxub


Dünya 04 Apr 2020 08:43:00 102 0

Son sutkada dünyada 76 min nəfər koronavirusa yoluxub

Son sutka ərzində dünyada koronavirusa 76 mindən çox yoluxma halı baş verib, 5 minə yaxın insan dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı gündəlik informasiya bülletenində xəbər yayıb.

Bildirilir ki, aprelin 3-nə olan vəziyyətə görə COVİD-19 virusuna dünyada 972 640 nəfər yoluxub, 50 325 nəfər vəfat edib. Yoluxanların sayı sutka ərzində 76 190 nəfər, ölənlərin sayı isə 4 826 nəfər artıb.

Hazırda yoluxma hallarının sayı ABŞ-da - 213 600, İtaliya - 115 242, İspaniya - 110 238, Çin - 82 802 və Almaniyada - 79 696 təşkil edir.